Premyer-liqa
Mustafayevin 200-cü oyunu
Misli Premyer Liqasının 24-cü turunda “Kəpəz”lə keçirilən oyun “Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev üçün yubileylə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı oyunçu çempionatda 200-cü oyununa çıxıb.
Bu, “Kəpəz”ə evdə 1:2 hesabı ilə məğlub olduqları matça təsadüf edib. Mustafayev çempionat keçirdiyi 200 görüşdə 2 qol vurub.
Vüqar Mustafayevin debütü 2013-14 mövsümündə “Bakı” klubunun heyətində reallaşıb. Futbolçu karyerası ərzində elitada 5 komandanın şərəfini qoruyub. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da isə 87 oyuna çıxıb. Vüqar “Qarabağ” və “Zirə” ilə matçda fərqlənib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”