Dünya futbolu
MY-nin yetirməsi Bekhemin klubunda
Futbol üzrə İngiltərə yığmasının sabiq üzvü, “Mançester Yunayted”in yetirməsi olan Rayan Şoukross “Stok Siti”dən ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
14 il idi bu komandanın şərəfini qoruyan 33 yaşlı mərkəz müdafiəçisi karyerasını ABŞ-da davam etdirəcək. O, Devid Bekhemin sahibi olduğu “İnter Mayami” klubuna keçib. Artıq MLS təmsilçisi də bu transferi rəsmən açıqlayıb.
Şoukross “Mançester Yunayted”in yetirməsi olsa da, bu komandada forma geyinmək şansı qazanmayıb. Peşəkar karyerasına “Antverpen”də başlayan futbolçu 2007-ci ildən “Stok Siti”də idi. O, bu komandanın heyətində 453 matça çıxıb, 25 qol vurub, 16 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib