Dünya futbolu
Nəbiyevli “Viktoriya”dan heç-heçə
Futbol üzrə Çexiya 2-ci divizionunda 15-cii turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Mas Taborsko” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.
“Viktoriya” 15 turdan sonra 10 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub