Digər idman növləri
Nadal 2024-cü il üçün planlarını açıqladı
Dünya reytinqinin keçmiş bir nömrəsi Rafael Nadal bu il üçün planlarını açıqlayıb. Xatırladaq ki, ispan tennisçi bu ilin onun üçün sonuncu ola biləcəyinə bir neçə dəfə eyham vurub.
“Nəyin necə olacağına heç vaxt bilə bilməzsən. Qarşıdakı 6 ay ərzində hadisələrin necə cərəyan edəcəyini bilmirəm. Son 20 il ərzində tennisdən aldığım zövqü yenə də hiss edəcəyimə orqanizmimin imkan verəcəyini də deyə bilmərəm. Heç, yarışmağıma imkan verəcəyini də söyləmək olmaz. Burada söyləmək istədiyim qələbə deyil. Sadəcə olaraq, tennisdən zövq almağı deyirəm. Ən böyük amalım korta çıxıb yarıa biləcəyimi və istənilən rəqiblə mübarizə aparmaq qabiliyyətinə malik olmağımı anlamaq istəyirəm”, – deyə Rafael Nadal “Gotennis”ə müsahibəsində qeyd edib.
Hazırda idmançı karyerasını bu il bitirəcəyi ilə bağlı suallara cavab vermək istəmir. 1 ilə yaxındır ki, çıxış etməyən tennisçinin tək yarışlarda debüt oyunu sabah baş tutmalıdır. Cütlüklərdə isə o, artıq ilk oyununu keçirib. Brisbendəki turnirdə Rafa, həmyerlisi Lopeslə duetdə ilk oyununda məğlub olub.
Xatırladaq ki, Nadal və Lopes London Olimpiya oyunlarında cütlüklərin yarışında qızıl medal qazanıblar.