Digər idman növləri
Naftalanda cüdo yarışı
Naftalanda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən cüdo üzrə şəhər birinciliyi keçirilib. Yarış Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Naftalan şəhər Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə reallaşıb.
Cüdo idman növünə marağın artırılması, istedadlı idmançıların aşkar edilməsi məqsədilə keçirilən yarışda uşaq və yeniyetmələr mübarizə aparıb. Sonda uğur qazanan idmançılar diplom və medallarla təltif edilib.