Digər idman növləri
Naftalanda şahmat turniri
Naftalanda “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunan şahmat turnirinə start verilib. Turnir Beynəlxalq Şahmat Federasiyası tərəfindən təstiq olunan qaydalara əsasən, 2011-2012, 2013-2014 və 2015-2016-cı il təvəllüdlü uşaq və yeniyetmələr arasında keçirilir.
Birincilik A, B, C qrupları üzrə dairəvi sistemdə təşkil olunub. Yarışda hər qrup üzrə I, II, III yerləri tutan şahmatçılar mükafatlandırılacaqlar.