Dünya futbolu
“Napoli” Osimheni satsa…
“Napoli”nin prezidenti Aurelio de Laurentis Viktor Osimpeni satmayacaqlarını bildirib. O, nigeriyalı hücumçunun yeni mövsümdə də İtaliya çempionunun düşərgəsində olacağını vəd edib.
Futbolinfo.az xəbər verir ki, prezident istisna halın mümkünlüyünü də diqqətə çatdırıb: “Əgər Osimpenə vaz keçilməsi mümkünsüz olan bir təklif gələrsə, o zaman əvvəlki illərdə olduğu kimi davranacağıq. Belədə Xviça Kvaratsxeliya və Viktor Osimhen kimi yeni istedadlar tapıb onları ulduza çevirəcəyik”.
Xatırladaq ki, hazırda Osimhenə müştəri olan xeyli klub var. Lakin klub rəhbərliyi onu 100 milyon avrodan ucuz satmaq istəmir.