Dünya futbolu
“Napoli” tarixinin ən erkən qolu
“Napoli”nin hücumçusu İrvinq Losano İtaliya klubunun tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, meksikalı futbolçu bu klubun tarixində ən erkən vurulmuş qola imza atıb.
Losano bunu A Seriyasının 19-cu turu çərçivəsində keçirilən “Verona” ilə səfər oyununda rəsmiləşdirib. Belə ki, Meksika yığmasının üzvünə bu görüşdə hesabı açmaq üçün cəmi 8.9 saniyə bəs edib.
Lakin onun bu tarixi erkən qolu komandasına düşərli olmayıb. Neapol təmsilçisi sonda meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.
Xatırladaq ki, “Napoli”də bundan əvvəl vurulmuş ən erkən qola 1942-ci ildə Covanni Venditto imza atmışdı. O, həmin il “Fiorentina” ilə oyunun 20-ci saniyəsində rəqib qapısına yol tapmışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub