Dünya futbolu
“Napoli” uduzdu, “Milan”la “İnter” qalib gəldi
Futbol üzrə İtaliya A Seriyasında 19-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun əksər oyunları sonuncu oyun gününə təsadüf edib.
“Verona” – “Fiorentina” matçında qalib müəyyənləşməyib. “Roma” da “Sampdoriya” ilə ev oyununda qələbəni əldən verib. “Latsio” səfərdə “Venetsiya”ya, “Bolonya” isə “Sassuolo”ya qalib gəlib.
Lider “İnter” doğma meydanda “Torino”nu qəbul edib. Milan təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib. “Milan” isə çətin “Empoli” səfərində inamlı qələbəyə sevinib. Evdə “Spetsiya” ilə qarşılaşan “Napoli” isə bu turu xalsız başa vurub.
19-cu turun “Udineze” – “Salernitana” matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.
İtaliya A Seriyası
19-cu tur
21 dekabr
Cenoa – Atalanta 0:0
Yuventus – Kalyari 2:0
Qol: M.Kin, 40. Bernardeski, 83.
22 dekabr
Venetsiya – Latsio 1:3
Qol: Forte, 30 – Pedro, 3. Açerbi, 48. Alberto, 90+5.
Sassuolo – Bolonya 0:3
Qol: Orsolini, 36. Hiki, 44. Santander, 90+4.
İnter – Torino 1:0
Qol: Dumfris, 30.
Roma – Sampdoriya 1:1
Qol: Şomurodov, 72 – Qabbyadini, 80.
Verona – Fiorentina 1:1
Qol: Lasanya, 17 – Kastrovilli, 81.
Napoli – Spetsiya 0:1
Qol: J.Jezus, 37-öz qapısına.
Empoli – Milan 2:4
Qol: Bayrami, 18. Pinamonti, 84 – Kessye, 12; 42. Florensi, 63. T.Hernandes, 69.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…