Dünya futbolu
Navarro “Olimpiakos”a gedir
“Olimpiakos” heyətini yeni futbolçu ilə gücləndirir. Yunanıstan nəhəngi “Portu”dan Fran Navarronu düşərgəsinə gətirir.
Futbolinfo.az xəbər verir ki, mövsümün sonuna kimi icarəyə götürülən oyunçu üçün 250 min avro ödəniləcək. Pireylilər istərsə, mövsüm bitərkən 7,5 milyon avro ödəməklə və növbəti satışdan 10 faiz paya razı olmaqla onu birdəfəlik transfer edə bilər.
Bu yay “Jil Visente”dən 7 milyon avroya transfer edilən ispan yarımmüdafiəçinin “Portu” ilə 2028-ci ilin mayınadək müqaviləsi var.