Bizi izləyin

Digər idman növləri

Nazirin Nəzərinə Nöqtə

blank
blank

Gənclər və idman naziri Fərid Qayıbovun aylıq köşələrini izləyirəm. Jurnalistlika baxımından qiymət verməsəm yaxşıdı, amma hesabat anlamında maraqlı təcrübədi. Digər məmurlardan fərqli olaraq, gizlənmir, göz önündədir, fəaliyyətinin hesabatını verir, ictimaiyyətə açıqdır.

Təbii ki, heç kim ayranına “turş” deməz. Qayıbov da bütün fəaliyyətini “ən yaxşı kimi” təqdim edir, öz təbliğatını qurub. Zamanla bu yazılara münasibət bildirəcəyik.

Nazirin bu addımını bəyənənlərdənəm. Yalnız onun seçdiyi rubrika – Nazirin Nöqteyi-Nəzəri – ilk gündən məndə qıcıq doğurub. Qayıbov ərəb mənşəli sözlərdən istifadə etməkdənsə, Azərbaycan dilinin izahlı lüğətini vərəqləməyimizə ehtiyac yaratmadan daha uğurlu variant seşə bilərdi. Bəlkə də şairlik istedadı var və ya qəzəl həvəskarıdı, lakin Nazirin baxışı, Nazirin Fikri, Nazirin mülahizəsi daha yaxşı seçimlər olardı. Elə Nazirin Nəzər Nöqtəsi də…

Özü bilər, sadəcə, xaraktercə sadə insan olduğu deyilən Fərid bəyin rubrika seçimi də sadə olmalıydı. Bu, onun oxucu kütləsini də çoxaldardı. Yəqin ölüsü ilə ərəbcə, dirisi ilə rusca danışılan Azərbaycanda yaşamağın təsirindəndi.

Nazirin dünənki yazısına diqqət etdim. Hesabat “bəh-bəhlərlə” doludur, statistika baxımından da haqlıdı. Qayıbov “amma” yazıb keyfiyyətə, qazanılan medalların əhəmiyyətinə toxunsaydı, daha çox rəğbət görərdi.

“Avqust ayı fəaliyyət baxımından xeyli əlamətdar, bir o qədər də uğurlu oldu. Olimpiya və qeyri-olimpiya idman növlərində 120-dən çox medal qazanıldı. Şübhəsiz, bu medalların böyük əksəriyyəti – 99-u V İslam Həmrəyliyi Oyunlarında əldə edildi. Türkiyənin Konya şəhərində ev sahibi, qardaş ölkədən sonra ən böyük nümayəndə heyəti ilə təmsil olunmaq qürurverici məqam idi. 24 idman növündən 22-də təmsil olunan ölkəmizin 56 dövlət arasında ilk beşliyə düşərək, 4-cü olması böyük nailiyyətdir”.

Uğur varsa, alqışlanmalıdı, amma özümüzü aldatmayaq. Olimpiadalarda bu müsəlman ölkələrindən neçəsini qabaqlayırıq? Hamının barmaqarası yanaşdığı yarışa ən güclülərlə yollanıb medal toplamaq qəhrəmanlıq deyil, fürsətcillikdir.

Nazirin gənclərlə bağlı qeydləri doğrudu, həqiqətən maraqlı işlər görülür. Problemlər olmasına rəğmən, daha çox müsbət siqnallar alırıq. Nazirin idmançılarla daha çox təmas qurması, görüşlərini sıralaması təqdirəlayiqdi. Baxmayaraq ki, ciddi nailiyyəti olmayan velosipedçi haqda çəkilən sənədli film uğursuz layihə idi, nazirin həmin təqdimata qatılması belə onu pərdələmədi.

“İdmanın təbliğində medianın rolu danılmazdır. İdman mediası idman ictimaiyyətimizın bir qolu sayılır. V İslam Həmrəyliyi Oyunlarını yerində işıqlandırmaq üçün 40-dək idman jurnalistinin Oyunlara akkreditasiyasını və iştirakını təmin etdik. Geniş tərkibdə media nümayəndə heyətimizin bu multi idman yarışında idmançılarımızın yanında olması, yarışları işıqlandırması, fikrimcə, maraqlı təcrübə olmaqla yanaşı, idman uğurlarımızın təbliği baxımından əhəmiyyətli oldu. İdman mediası ilə tərəfdaşlığımız davam etməli və inkişaf etdirilməlidir. Elə bu günlərdə Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi İdarə Heyəti üzvləri ilə görüşümüzdə də bu mövzuda bir sıra məsələləri müzakirə etdik”.

Nazir zatən hesabat köşəsi, jurnalistləri yamsılaması ilə medianın önəmini əyani nümayiş etdirir. Dedikləri də həqiqətdi, o qədər önəm daşımayan Konya oyunlarının bu qədər geniş təbliği məhz medianın əməyi idi. Seçimlərlə bağlı narazılıqlarımız, bizi məmnun etməyən məqamlar olsa da, nazirliyin bu baxımdan Azad Rəhimovun dövründəkiylə müqayisədə müsbət işlər görməməsini izləsək də, səbrliyik, vəziyyətin düzəlməsi üçün daha bir müddət gözləməyi məqbul bilirik.

İnsaf naminə kadr islahatları ilə bağlı Qayıbovun fəaliyyəti qənaətbəxşdi. İllərlə kök salmış dəstəni qısa müddətdə nazirlikdə daha layiqli, bacarıqlı kadrlarla əvəz etmək sizə asan gəlməsin. Nazir bu baxımdan çalışır, təəssüf ki, “köhnələrdən qurtulma” missiyası hələlik mətbuat sahəsinə çatmayıb, buradakı islahatlar, daha yaxşı mexanizmin qurulması prosesi yubanır.

Ayrıseçkilik nazirin qeyd etdiyi jurnalistlərlə görüşdə də davam etdi. Qayıbov hələ də mətbuat üçün geniş mətbuat konfransı keçirməkdən yayınır, tabeliklərində olan qurumun üzvlərini yığıb öyüd-nəsihət verməklə kifayətlənir. Onun qatıldığı tədbirdə “futbol jurnalistləri” ayırımını etməsi isə yaraşmadı. İdman jurnalistikası bugünədək futbolun sayəsində ayaq üstə qalıbsa, bu idman növünün daha çox işıqlandırılması başadüşülən olmalıdı. Nazir digər idman növlərinin də təbliğində maraqlıdısa, bunun üçün layihələr hazırlanmalı, yeni jurnalist nəslinin yetişdirilməsinə töhfə verilməli, seminarlar, kurslar təşkil edilməlidi. Savadlı jurnalist kadrlar yetişdirilməyincə mətbuatda digər idman növləri ilə bağlı yalnız press-relizlər işıq üzü görəcək.

Nazir sahə jurnalistikasını növlərə bölməkdənsə, dövlətin dəstək verdiyi media orqanlarının nə Konyada, nə də sözügedən görüşdə olmamasının səbəbini izah etsin. Qayıbova futboldan danışmaq qadağan edilib, futboldan yazanları kənara atmaq tapşırılmayıb. Bir də ki, bir çox saytların adında “futbol” sözü olsa da, onların fəaliyyəti bütün idman növlərini əhatə edir. Fərid bəy mətbuatla ciddi maraqlansa, yazdıqlarımızın sübutunu izləyə bilər.

Yalnız müsbət məqamları “nöqteyi-nəzərindən keçirən” Qayıbov “Qarabağ”ın uğurlu çıxışına biganə qalmayıb. Amma nədənsə o, avqustun daha bir ciddi futbol hadisəsinin üstündən sükutla keçib. “Kəpəz”in didərgin düşməsi nazirin diqqətindən qaçmamalıydı. Axı, bölgələrdə gənc nəslin problemlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili, sağlam mühitin yaradılması onun əsas vəzifəsidi. Yoxsa təmirə möhtac Gəncə stadionunun AGİN-in balansında olmasına, nazirliyin məsələni sükutla izləməsinə görə “nöqteyi-nəzər” bölgələrə uzanmayıb? Nardaran, Pirşağı, Kürdəxanı, Maştağa yaddan çıxmırsa, alqışlayırıq, Gəncə unudulubsa, nə edək? Ona da çəpik çalaq?

6 gündən sonra Qayıbovun nazir təyin edilməsinin bir ili tamam olur. Bəlkə hörmətli Qayıbov fəaliyyətinə mətbuat konfransı ilə işıq salsın. “Futbol jurnalistləri”ni dəvət etməsin, heç futboldan da danışmasın, amma heç olmasa, ilk dəfə mətbuat nümayəndələrinin daha geniş auditoriyası qarşısına çıxsın. O zaman əmin olarıq ki, bu köşələr özünütəbliğə hesablanmayıb, nazir problemlərin müzakirəsinə də açıqdı.

Yazdım ki, nöqteyi-nəzərinizdə olsun…

VÜSAL MAHMUDOV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-29 01:52

PSJ-nin 12-ci çempionluğu rəsmiləşdi

blank
Dünya futbolu2024-04-29 01:27

“Sevilya” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-29 01:01

“İnter”dən növbəti qələbə

blank
Dünya futbolu2024-04-29 00:44

“Arsenal” və “Mançester Siti”dən səfər qələbəsi

blank
Dünya futbolu2024-04-29 00:25

“Borussiya” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 23:38

“Trabzonspor”dan əzmkar qələbə

blank
Premyer-liqa2024-04-28 23:16

“Qarabağ” “böyük beşlik” komandalarından geri qalmır”

blank
Premyer-liqa2024-04-28 23:00

“Sumqayıt”a qarşı pis oynamadıq” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-28 22:51

“Sumqayıt” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-04-28 22:43

Sərtan oynadı, komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-28 22:31

Şeydayevin komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 22:22

İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

blank
Premyer-liqa2024-04-28 21:55

“Sumqayıt” “Qarabağ”a qalib gəldi

blank
Əvəzedicilər2024-04-28 21:28

“Sabah”ın əvəzediciləri “Səbail”ə məğlub oldu

blank
Premyer-liqa2024-04-28 20:50

“Qırmızı vərəqə matçın taleyini həll etdi” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-28 20:33

“Turan Tovuz”un hədiyyə olmadığını anlayırdıq” – Bojoviç

blank
Premyer-liqa2024-04-28 20:19

“Neftçi”dən “Turan Tovuz”a 3 cavabsız qol – VİDEO

blank
Dünya futbolu2024-04-28 19:56

Diniyevli “Ümraniyəspor” səfərdə uduzdu

blank
Premyer-liqa2024-04-28 19:37

“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi

blank
Premyer-liqa2024-04-28 19:00

Adil Şükürov: “Qəbələ” Premyer Liqada qalmalıdır” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:44

Sxadadze: “Bu, mövsümün çox oyunlarına aiddir” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:33

“Qəbələ” “Kəpəz”ə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-04-28 18:18

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

blank
Digər idman növləri2024-04-28 17:53

Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar

blank
Premyer-liqa2024-04-28 17:24

“Qəbələ” “Kəpəz”ə yenə uduzdu

blank
Ölkə futbolu2024-04-28 17:10

Abbasova 300 nömrəli forma təqdim olundu

blank
Milli komanda2024-04-28 16:00

Millimiz Tacikistana qalib gəldi

blank
Digər idman növləri2024-04-28 15:12

“Gəncə”nin baş məşqçisi mövsümün son oyununu şərh etdi

blank
Premyer-liqa2024-04-28 14:50

“Kəpəz”də üç itki

blank
Digər idman növləri2024-04-28 14:37

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm