Ölkə futbolu
“Neftçi” beynəlxalq turnirdə 11-ci yeri tutdu
“Neftçi” PFK-nın U-11 komandası “Fənərbaxça” Futbol Akedamiyasının təşkilatçılığı ilə bu gün İstanbul şəhərində keçirilən Can Bartu beynəlxalq turnirində iştirak edib.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Mahmud Əhmədovun yetirmələri İtaliyanın “İnter” (Milan, 0:3), Türkiyənin “Altay” (4:0) və “Başakşəhər” (0:1) klubları ilə oyunlardan sonra “B” qrupunda 3-cü olaraq 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb. Burada Sofiya ÇSKA-sına 0:4 hesabı ilə uduzan “Neftçi” Türkiyənin “Manisa” klubuna qalib gələrək (1:0) 11-ci yeri tutub.
Qeyd edək ki, 5 ölkədən 16 komandanın yarışdığı turnirin qalibi finalda “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edən “İnter” olub.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”