Ölkə futbolu
“Neftçi” Boqomolskini Kiprə apardı
“Neftçi” yeni transferini özüylə Kiprə aparıb. Müqavilə rəsmiləşməsə də, görünür, oyunçu məşqçiləri qane edib ki, onu avrokubok matçına yollanan heyətə qatıblar.
Haqqında bəhs etdiyimiz hücumçu Yeqor Boqomolskidi. O, tibbi baxışdan keçmək üçün Türkiyəyə yollanmışdı. İndi isə Kiprə gedib.
Boqomolski Belarus yığmasının üzvüdür, 22 yaşı var. Bu ildən ölkənin əsas millisinə dəvət alan forvard artıq 2 oyunda meydana çıxıb.
Gənc ön xətt oyunçusu “Neftçi”yə “Minsk”dən gəlib. Minsk “Dinamo”sunun yetirməsi Belarusun flaqman klubunun heyətində 7 dəfə meydana çıxıb. 2019-2020-ci illəri Brest “Dinamo”sunda keçirən oyunçu, növbəti 2 ili “Rux”a sərf edib. 2021-ci ildə “Minsk”ə üz tutan forvard üst-üstə 43 oyuna çıxıb, 14 qol vurub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?