Ölkə futbolu
“Neftçi” ilə matç çempionluq üçün həlledici olmayacaq” – Romero
“Bu matç çox önəmlidir. Bizim üçün çətin olacaq. Rəqibin gücünə də bələdik”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Qarabağ”ın futbolçusu Xayme Romero “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 15-ci tur matçı barədə danışarkən deyib.
30 yaşlı yarımmüdafiəçi derbi qarşılaşmasının çempionluq yolunda həlledici olmayacağını bildirib: “Hələ qarşıda çox oyunumuz olacaq. Hər iki komanda xallar itirə bilər. Çempionatın taleyi barədə danışmaq tezdir. Bir oyuna görə kimin çempion olacağını düşünmək olmaz. Onu deyə bilərəm ki, bizi qarşıda çətin oyun gözləyir”.
Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 18:30-da start veriləcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq