Premyer-liqa
“Neftçi” ilə “Qəbələ”nin 59-cu dueli
Sabah Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək. Futbolinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son turda “Qəbələ” “Neftçi” ilə görüşəcək.
“Qırmızı-qaralar” bu qarşılaşmanı səfərdə keçirəcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq matç iki komanda arasında 59-cu duel olacaq.
Komandalar indiyədək 58 dəfə görüşüb. Hesabında 17 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 25 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran “Qəbələ” futbolçuları 84 qol buraxıb. Son üç qarşılaşmada heç-heçə qeydə alınıb. Bu görüşlərin üçündə də hər iki tərəf qol sevinci yaşayıb.
Bu matç Premyer Liqa çərçivəsində 54-cü qarşılaşma olacaq. Əvvəlki 53 qarşılaşmada 16 qələbəsi olan “Qəbələ 13 dəfə bir xalla kifayətlənib və 24 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan “qırmızı-qaralar” 78 top buraxıb.
“Neftçi” ilə səfərdə 30-cu dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 12 dəfə uduzub. Bu komanda səfərdə 36 qol vurub, 39-nu buraxıb.
Xatırladaq ki, martın 18-də “Bakcell Arena”da keçiriləcək matç 19:37-də başlayacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq