Ölkə futbolu
“Neftçi” legioneri ilə vidalaşır
“Neftçi” daha bir futbolçu ilə yollarını ayırmaq üzrədir. Mamadu Mbodj komandanın əsas heyətindən kənarlaşdırılıb və özünə klub tapması istənilib.
Futbolinfo.az xəbər verir ki, seneqallı futbolçu son turun “Turan Tovuz”la oyununa buna görə aparılmayıb. Bakılılarla hələ ilyarımlıq müqaviləsi qalan mərkəz müdafiəçisi ilə anlaşma il bitməmiş qarşılıqlı razılıq əsasında pozulacaq.
Baş məşqçi Laurentsiu Regekampfla münasibətləri qaydasında olmayan oyunçu əvəzedici heyətə göndərilməyib. Rumın çalışdırıcı onun heyətdən uzaqlaşdırılmasını və qışda daha səviyyəli legioner transfer edilməsini istəyir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç