Ölkə futbolu
“Neftçi” və “Türk Hava Yolları” – daha 1 il
“Türk Hava Yolları” daha bir il “Neftçi” ilə əməkdaşlıq edəcək. Tərəflər bitən anlaşmanın müddətini artırmaq üçün razılığa gəliblər.
Futbolinfo.az xəbər verir ki, rəsmi müqavilə yaxın günlərdə bağlanacaq və ictimaiyyətə açıqlanacaq. Bununla da 2018-ci ilin iyulundan başlamış birgəlik davam edəcək.
Dünyanın bir çox ölkəsi və beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti pandemiya üzündən uğradığı maliyyə itkilərinə baxmayaraq, “Neftçi” ilə yola davam etmək qərarı verib. İndiyəqədərki əməkdaşlıqdan məmnun olan THY klubun nəticələrinin daha da yaxşılaşmasına, avrokubokda uğurlar qazanılmasına dəstək olmaq üçün ölkənin ən qocaman təmsilçisinə dayaq duracaq.
İmzalanacaq müqaviləyə əsasən, “Neftçi”nin oyunçuları yenə “Türk Hava Yolları”nın loqosunun yer aldığı formaları geyinəcək. Bundan başqa, “Türk Hava Yolları”nın loqosu reklam bannerləri, biletlər və dəvətnamələrin üzərində yerləşdiriləcək. Bakıxanovdakı təlm-məşq mərkəzi də ən azı daha bir il dünyaca məşhur şirkətin adını daşıyacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”