Ölkə futbolu
“Neftçi” yeni baş məşqçisinin adını rəsmən açıqladı
“Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub.
Futbolinfo.az xəbər verir ki, klubun Müşahidə Şurasının qərarı ilə komandanı Samir Abasov çalışdıracaq.
Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2021/22 mövsümünün sonunadək müqavilə bağlanıb.
Qeyd edək ki, Abasov 2003/04 mövsümündə “Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi “Sumqayıt” (2015-2018) və “Zirə” (2018-2019) klublarında çalışıb.
Abasov “Neftçi”də bu gün istefaya göndərilən Füzuli Məmmədovu əvəz edib.