Ölkə futbolu
“Neftçi”də problem qalmadı
“Neftçi”nin ödənişlərlə bağlı hər hansı sıxıntısı yoxdu. Məşqçilərə, futbolçulara, klub əməkdaşlarına maaşları ödənilib. Yalnız aprel ayının ödəmələri qalıb ki, ay bitincə həmin öhdəliklər də yerinə yetiriləcək” – bunu futbolinfo.az saytına açıqlamasında Bakı klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.
Klub sözçüsü cari mövsüm üçün ayrılmış büdcədə hər hansı problem olmadığını bildirib: “Yeni mövsümün necə olacağını bilmirik. Büdcə mövsüm bitdikdən sonra dəqiqləşəcək. İndiki halda isə bütün öhdəliklər yerinə yetirilir”.
Rüstəm bəy müqaviləsi bitən futbolçularla hər hansı danışıq aparmadıqlarını, bütün suallara pandemiya ilə bağlı məsələlərə aydınlıq gəldikdən sonra cavab tapılacağını bildirdi.