Ölkə futbolu
“Neftçi”dən Mahmudova son təklif: illik 400 min dollar
“Neftçi”dəki susqunluq yeni iş həftəsində pozulacaq. Klub rəhbərliyi baş məşqçi Laurentsiu Regekampfla bağlı yekun qərarını məhz o zaman verəcək.
Futbolinfo.az xəbər verirki, klubun Müşahidə Şurası bir neçə gün ərzində ümumi strategiyanı, büdcəni və s. məsələləri də dəqiqləşdirəcək. İslahatların miqyasından asılı olaraq “Neftçi”də nələrin dəyişəcəyini birlikdə görəcəyik.
Hazırd azarkeşləri maraqlandıran digər sual Emin Mahmudovun taleyidir. Müqavilə müddəti başa çatan oyunçu klubla razılığa gələ bilmir. Asiyadan cəlbedici təklifi olan yarımmüdafiəçi yarım milyon dollar illik maaş istəyir. “Neftçi” 350 min avroluq ilkin təklifini 400 minə qaldırıb. Amma kapitan güzəştə getmir və məsələ uzanır.
Hazırda danışıqlarda pauza yaranıb. Müşahidə Şurasının iclasından sonra Mahmudovla bağlı yekun qərar veriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub