Ölkə futbolu
“Neftçi”dən üçüncü transfer – RƏSMİ
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı yarımmüdafiəçinin bu komandanın heyətində “97” nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?