Ölkə futbolu
“Neftçi”nin Alfa planı
“Neftçi”nin qışda heyətinə cəlb etmək istədiyi futbolçulardan birinin adı bəllidir. Yeni baş məşqçi Miodraq Bojoviç Alfa Kontenin transferini istəyir.
Futbolinfo.az xəbər verir ki, bakılılar Plovdiv “Lokomotiv”inin şərəfini qoruyan vinger üçün təzminat ödəməli olacaq. Bolqarıstan klubu ilə ilyarımlıq müqaviləsi qalan 23 yaşlı futbolçu üçün 200 min avro tələb olunur. Hazırda bakılılar qiyməti aşağı salmaq üçün çalışır.
Syerra-Leone millisinin üzvü “Lokomotiv”ə bu ilin martında İsraildən gəlb. Onu “Neftçi”yə Ataa Caber və Kenni Sayefi gətirmiş menecelər təklif edib.