Bizi izləyin

Ölkə futbolu

“Neftçi”nin problemi Regekampf deyil!

blank
blank

“Neftçi”nin əsas rəqiblərinə məğlubiyyətləri sıralaması xoş mənzərə deyil. Premyer Liqada səviyyənin yüksəlməsini istəyiriksə, ilk növbədə məhz bu komanda güclü olmalı, rəqabət yaratmalı, davamını avrokubokda gətirməlidi. O zaman “Qarabağ” təkbaşına qalmaz, qruplarda daha çox komandamız olar, reytinq vəziyyətimiz daha da yaxşılaşar.

Amma paytaxt klubu bu gün öz hayındadı. Ötən həftə “Sabah”a uduzdular, şənbə günü isə komandanı Zirədə çətin oyun gözləyir. Heyət darmadağındı, meydana çıxarmağa hətta 11 futbolçu tapmaq müşkül işə çevrilib.

Söz yox ki, belə vəziyyətin yaranmasında klub rəhbərliyinin böyük günahı var. Yayda heyət düzgün komplektləşdirilməyib, ehtiyat qüvvə yoxdur. Ən pisi keyfiyyətli yerli oyunçu sayının azlığıdır. Və bütün bunları klub rəhbərliyi düşünməli, zədə, cəza amillərini nəzərə almalıydılar. Düzdü, birdən-birə 3-4 əsas futbolçunun sıradan çıxması həm də bəxtsizlikdi. Lakin futbolun içində bu da var, illərdi klub idarəçiliyndə olanlar bunu bilməliydi.

Aldığımız xəbərlərə görə, “Neftçi”nin sponsorları yeni transferlər üçün vəsait ayırmağı lazım bilib, qışda heyət gücləndiriləcək. Lakin bu addımı əsas rəqiblərdən xeyli geri qaldıqdan sonra yox, vaxtında atmaq lazım idi. Yeni gələnlər itirilən xalları geri qaytarmayacaq.

Laurentsiu Regekampf da ən azı təcrübəsi sayəsində bu mənzərəni əvvəldən təxmin etməli, yeni transferlər istəməliydi. Baş məqşçi mövcud duruma görə öz günah payını unutmamalıdı. Karyerası ərzində ildə bir klub dəyişməyə adət etmiş rumın Bakıda qalıcı olmaq istəyirsə…

***

Regekampfın məşqçi kimi debütü 2009-cu ilə təsadüf edir. Futbolçu karyerasını yenicə bitirən Laurentsiu həmin ilin yayında tikinti materialları şirkətinin sahibi və icraçı direktoru Luts Staxedən II Liqada mübarizə aparan “Snaqov”a yardım göstərməyi xahiş edir. Staxe klubun futbolçulara olan borclarını ödəsə də, əsas səhmdara çevriləcəyi ilə bağlı əvvəlki sözünə əməl etmir. 2009-cu ilin oktyabrında Regekampfın həyat yoldaşı Ana Mariya Prodan “Snaqov”un yeni prezidenti olur. Məşqçi postuna Kristian Tsermure təyinat alır, halbuki komandanın faktiki çalışdırıcısı məhz Regekampf idi. Sadəcə, Pro lisenziyasına sahid olmadığına görə idman direktoru kimi işə götürülür. Matç vaxtı ehtiyat oyunçular skamyasında olması üçün isə protokolda masajçı kimi göstərilir. Nəticədə komanda 2009/10 mövsümünü 4-cü yerdə bitirir, bu da klub tarixinin ən yaxşı nəticəsisinə çevrilir.

Ancaq Regekampf və xanımı “Snaqov”u 2010-nun mayında, çempionatın sonuna 5 tur qalmış tərk edirlər. Laurentsiu elitada çox çətin vəziyyətdə olan “Universitatya Krayova”ya yerini qorumağa kömək etməyə yollanır. Komanda son turda artıq turnir cədvəlində heç bir hədəfi qalmayan “Otelul”u evdə darmadağın etməklə hədəfinə çatır. Buna baxmayaraq, rəhbərlik Regekampfı postunda saxlamağı lazım bilmir.

Məşqçi 2010/11 mövsümünə “Qloriya”da başlayır. Amma Bistritsadakı işi də çox çəkmir. 12 tur ərzində cəmi 10 xal, 18 komanda arasında 16-cı yer… Bütün bunlar Regekampfın qovulmasına səbəb olur.

Laurentsiu “Snaqov”un sahibi dəyişəndən sonra, 2010-cu il noyabrın 30-da yenidən ora qayıdır. Ancaq 2011-ci ilin yanvarında yenidən bu klubu “Universitatya Krayova”ya dəyişir. Bu dəfə də çətin vəziyyətə düşən komandanı xilas etmək üçün. Qayıdışı isə heç də uğurlu alınmır. 6 oyundan sonra bir neçə futbolçuyla münaqişə yaşayan çalışdırıcı ilə yollar ayrılır.

Regekampf 2011/12 mövsümünü artıq əla tanıdığı “Snaqov”da başlayır. Əməkdaşlıq yenə də çox çəkmir. Belə ki, məşqçi 2011-ci ilin dekabrında 17-ci pillədə qərarlaşan “Konkordiya”nı xilas etməyə razılaşır. Qışda, demək olar, bütün heyəti dəyişən və 17 yeni oyunçu gətirən Laurentsiunun bu taktikası işə yarayır. Komanda qələbələr qazanır və mövsümü 9-cu yerdə bitirir. Maraqlıdır ki, əksər transferlər məhz “Snaqov”dan edilir.

Onun bu uğuru isə ölkənin ən titullu klubu olan “Styaua”nın diqqətindən yayınmır. “Qırmızı-göylər” mövsümün sonunda Regekampfa “yox” deyə bilməyəcəyi təklif edir. Beləliklə, paytaxt klubu məşqçinin qarşısına əsas hədəf qoyur: 7 illik fasilədən sonra yenidən çempion olmaq! Laurentsiu çempionatın sonuna 5 tur qalmış bunu bacarır. Eyni zamanda “Styaua” həmin mövsüm Avropa Liqasının 1/8 finalına qədər irəliləyir və yalnız gələcək qalib “Çelsi”yə uduzur. Buxarestdə rəqibini 1:0 hesabıyla üstələyən “qırmızı-göylər” “Stemford Bric”də rəqibin həmlələrinə dözə bilmir – 1:3. Maraqlıdır ki “hərbçilər” buna qədər, yəni  1/16 finalda “Ayaks”ı mübarizədən kənarlaşdırmışdı. Yeri gəlmişkən, Reqekampfın komandası yayda həmçinin Rumıniya Superkubokunu da  qazanmışdı.

Klubda keçirdiyi ikinci mövsümündə Regekampf “Styaua”nı Çempionlar Liqasının qrupuna çıxarır. Doğrudur, komanda orada “Çelsi”, “Şalke” və “Seltik”ə müqavimət göstərə bilməyib hesabındakı 3 xalla sonuncu pilləni tutur. Amma “qırmızı-göylər” ardıcıl ikinci il ölkə çempionu olur, kubokda isə yalnız finalda uduzur.

Mövsümün sonundu Regekampf maddi planda olduqca cəlbedici təklifə razılaşıb Səudiyyə Ərəbistanına yollanır, “Əl-Hilal”la 2 illik müqavilə imzalayır.  O, təyinatından cəmi 5 ay sonra komandanı Asiya Çempionlar Liqasının finalına daşıyır! “Əl-Hilal” yalnız həlledici matçlarda Avstraliyanın “Uestern Sidney Uonderers” klubuna iki oyunun nəticəsinə görə məğlub olur – 0:1, 0:0.

Bununla belə, Laurentsiu postunda sona qədər qala bilmir. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Kubokunda məğlubiyyətdən sonra klub sahibləri ona qapını göstərir. Buna baxmayaraq, Regekampf məşqçi karyerasını ölkə xaricində davam etdirmək qərarına gəlir və 2015-ci ilin avqustunda Bolqarıstanın “Liteks” klubuna təyinat alır. 4-cü turdan başçılıq etdiyi komanda kifayət qədər yaxşı nəticələr göstərsə də, Laurentsiu dekabrda Rumıniyaya üz tutur və ikinci dəfə “Styaua”nın “sükanı arxasına” keçir. Ancaq onun qayıdışı uğursuz alınır.

2017-ci ilin iyulunda Regekampf başqa ərəb ölkəsi – BƏƏ-yə yollanır və “Əl-Vəhdə”də Xavyer Agirreni əvəzləyir. Rumıniyalı çalışdırıcının yeni iş yerində maaşı ildə 2,6 milyon dollar + 1,6 milyon bonus təşkil edir. Mövsümün sonunda klub çempionatda gümüş medallar qazanır, üstəlik, Superkubok və Liqa Kubokunun qalibi olur. Laurentsiu yeni mövsümdə artıq BƏƏ-nin başqa komandasını çalırır. “Əl-Vəsl”də onun illik maaşı daha da artır və 3,5 milyon avroya çatır.

Ümumiyyətlə, Regekampf 2020-ci ildə 3-cü ən ödənişli rumıniyalı idi və təkcə Kosmin Oleroyu (“Əl-Əhli”, 7 milyon) və Rezvan Luçeskudan (“Əl-Hilal”, 4 milyon) geri qalırdı. Xeyli varlanmasına baxmayaraq, Laurentsiu “Əl-Vəsl”də uğur qazana bilmir. Doğrudur, gəldiyi vaxt komanda turnir cədvəlində 12-ci yeri tuturdu, onlar növbəti 13 turda vəziyyəti xeyli yaxşılaşdırdılar və mövsümü 8-ci pillədə bitirirlər. Hətta “Əl-Vəsl” həmin 13 tur ərzində topladığı xallara görə 4-cü olmuşdu. Amma sonra inkişaf görünmədi: 2019/20 mövsümündə (pandemiya üzündən 26 deyil, 19 tur oynanıldı) yalnız 8-ci yer, 2020/21 “futbol ili”ndə isə 7 matçda 3 qələbə, 4 məğlubiyyət. Ardınca Səudiyyə Ərəbistanına üz tutan Regekampf orada da məyusluq yaşayır. Asiya Çempionlar Liqasının qrupunda İranın “İstiqlal” ilə Qətərin “Əl-Duhail” klublarından geri qalan “Əl-Əhli” 3-cü olur və mübarizəni dayandırır. Çempionatda isə Laurentsiunun komandası 5 tur ərzində cəmi 1 qələbə qazanır, 1 heç-heçə edir və 3 dəfə uduzur. Bu müddətdə yığdığı xallara baxsaq, liqada yer alan 16 klub arasında 14-cü nəticə göstərir.

Ərəb ölkələrindəki macəradan sonra vətəninə qayıdan Regekampf “Neftçi”dən əvvəl “Universitatya Krayova”nı çalışdırır. Onun başçılığı altında komanda keçirdiyi ilk mövsümdə çempionatda 3-cü yeri tutur. Ancaq “tələbələr”in məhsudarlığı xüsusi olaraq diqqət çəkir. “Ağ-mavilər” elitada hamıdan, hətta çempion ÇFR-dən də çox qol vurur – 55 top. “Universitatya Krayova” bütün turnirlərdə 26 qələbə qazanır ki, 12 halda rəqiblərini böyük hesabla üstələdi! Komanda ümumilikdə keçirdiyi 45 matçda 86 qol vurdu: 5 dəfə – 3:0, 2 dəfə – 4:0 və 3:0, 1 dəfə – 6:1, 5:2 və 4:1.

Bu da son. “Neftçi”də rumıniyalı mütəxəssisin başına nə gələcəyini isə zaman göstərəcək.  Amma görünən odur ki, bəzi klublardakı uğursuzluqları istisna etsək, Regekampf nəticə verməyi bacarıb. Sadəcə, “Neftçi”də məcburiyyətdən Mbocu hücuma buraxan məşqçidən nəsə gözləməyə dəyməz. Bu “Neftçi”nin problemi nə Samir Abasov idi, nə də Laurentsiu Regekampfdı…

FƏRİD

Reklam

Reklam


blank
Premyer-liqa2024-04-28 16:16

“Qəbələ” “Kəpəz”ə uduzur – YENİLƏNİR

blank
Milli komanda2024-04-28 16:00

Millimiz Tacikistana qalib gəldi

blank
Digər idman növləri2024-04-28 15:12

“Gəncə”nin baş məşqçisi mövsümün son oyununu şərh etdi

blank
Premyer-liqa2024-04-28 14:50

“Kəpəz”də üç itki

blank
Digər idman növləri2024-04-28 14:37

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

blank
Dünya futbolu2024-04-28 14:05

Rahil Məmmədovun komandası darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-28 13:41

Azərbaycan cüdoçularıdan Telavidə 3 medal

blank
Əvəzedicilər2024-04-28 12:51

Əvəzedicilərin yarışında 32-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-28 11:59

“Avropa çempionu olmaq xəyalım idi” – Hacıyev

blank
Dünya futbolu2024-04-28 11:33

“Çelsi”nin keçmiş baş məşqçisi “Portu”nun prezidenti seçildi

blank
Digər idman növləri2024-04-28 11:00

Azərbaycan cüdoçularından tarixi uğur

blank
Milli komanda2024-04-28 10:44

Millimiz Tacikistanla üz-üzə

blank
Premyer-liqa2024-04-28 09:31

“Kəpəz”lə “Qəbələ”nin 28-ci dueli

blank
Premyer-liqa2024-04-28 09:10

Premyer Liqada bu gün daha 3 oyun keçiriləcək

blank
Digər idman növləri2024-04-28 08:51

İbrahim Əliyev İspaniyada 3-cü oldu

blank
Ölkə futbolu2024-04-28 08:34

“Neftçi” azarkeşləri ilə barışdı

blank
Digər idman növləri2024-04-28 08:17

Azərbaycan tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub

blank
Ölkə futbolu2024-04-28 08:00

“Səbail”in SABAHa ümidi qalmadı

blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm