Dünya futbolu
“Neftçi”nin rəqibi doğma meydanda məğlub oldu
Futbol üzrə Gürcüstan çempionatında 19-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Tiflis “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Samqurali” ilə qarşılaşıb. Vaxtilə Azərbaycanda da çalışmış Kaxaber Sxadadzenin çalışdırdığı paytaxt təmsilçisi evdə 1:2 hesablı məğlubiyyətə üzülüb.
Bu məğlubiyyətə baxmayaraq, “Dinamo” 39 xalla 10 komanda arasında birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” arasındakı ilk oyun iyulun 7-də Tiflisdə, cavab görüşü isə ayın 14-də Bakıda baş tutacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”