Dünya futbolu
“Neftçi”nin rəqibində yeni transfer sıradan çıxdı
“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Rapid” itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Vyana klubunun yeni transferi Patrik Qreyl sıradan çıxıb.
26 yaşlı yarımmüdafiəçi Avstriya Bundesliqasının 2-ci turunda “Klagenfurt”la görüşdə zədələnib. Komandasının səfərdə 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 57-ci dəqiqəsində xəsarət alan Qreyl əvəzlənməli olub.
Futbolçunun “Neftçi” ilə ilk matçda iştirakı sual altındadır. Onun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
“Neftçi”nin “Rapid”lə ilk oyunu avqustun 4-də Bakıda, cavab matçı isə avqustun 11-ndə Vyanada baş tutacaq.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı