Bizi izləyin

Ölkə futbolu

“Neftçi”nin Rəvan qələbəsi: “Sabah” Muradına çatmadı

blank
blank

“Neftçi” uzun fasilədən sonra ölkə kubokunda final oynamağa yaxındı. Hələlik yarımfinala vəsiqə təmin edilib, buradakı rəqib isə “Zirə” olacaq. Qəsəbə təmsilçisi yəqin ki, sabah ilk oyunda 4:0 hesabıyla yendikləri “Səbail”i sıradan çıxarıb vəsiqəni rəsmiləşdirəcək.

 

Yarımfinalda “qartallar”ın rəqibi “Sabah” da ola bilərdi. Murad Musayevin yetirmələri ilk hissədə sərgilədiyi futbolu davam etdirsəydi, bir az da hakimlər insaflı olsaydı, “Neftçi”nin şansı yox idi.

 

İlk oyundakı heç-heçə (1:1) Masazırda tərəfləri hər şeyə sıfırdan başlamaq məcburiyyətində qoymuşdu. Və “Sabah” dərsə daha yaxşı hazırlaşmışdı. Bunun sayəsində matça diqtə edən meydan sahibləri fasiləyə kimi hesabı açdı. Vurulan qol sürətli əks-hücumda reallaşdı və gözəl alındı.

 

Samir Abasov fasilədə Gilyerme Patonu Sezar Meza Kolli ilə əvəzlədi, bunun sayəsində topa sahibolmada gerilik nisbətən aradan qaldırıldı. Paraqvaylı yarımmüdafiədə “Neftçi”nin təşəbbüsü ələ alıb hücumda təzyiqi artırmasına kömək etdi. Bunun sayəsində “Sabah”ın müdafiəsindəki problemlər üzə çıxmağa başladı. Fərdi səhvlər 7 dəqiqəyə vəziyyətin dəyişməsiylə nəticələndi.

 

61-68-ci dəqiqələr aralığında “Neftçi”nin vurduğu 3 qol müdafiəçilərin və dayaq bölgəsi oyunçularının kobud səhvlərinin nəticəsiydi. Və Musayev kritik məqamda komandasını sakitləşdirə, oyunun ritmini tuta, böhran vəziyyətini idarə edə bilmədi. Onun hakimlikdən şikayət etmək üçün əsası var, amma öz səhvini də gizlətməməlidi.

 

“Neftçi” yarımfinala vəsiqənin taleyini böyük ölçüdə həll etdikdən sonra baş hakimin şousu başladı. Zaman var idi və “Sabah” vəziyyəti düzəldə bilərdi. Lakin meydan sahibləri elə zərbələr aldı ki, özünə gəlməsi mümkün olmadı.

 

Rəvan Həmzəzadənin qollar vurulduqdan sonra səhnəyə çıxması ilk baxışdan onun nəticəyə təsir etmədiyini düşünmək üçün əsas verir. Çünki “Neftçi”nin bütün qolları rəqib səhvindən sonra reallaşmışdı və layiqli idi. Lakin iş ondadı ki, hesab 1:0 ikən (57-ci dəqiqədə) “Sabah”ın təmiz penaltisi təyin olunsaydı, hadisələrin inkişafı belə axar almazdı. Qapıya gedən zərbə Azər Salahlının qoluna dəyərək geri döndü və hakimin fiti susdu, ardınca qollar sıralandı.

 

75-ci dəqiqədə başverənlər isə Həmzəzadənin qərəzli idarəçiliyinin nümunəsi idi. Fərqi azaltmaq üçün irəli atılan “Sabah”ın oyunçusu Aleksey İsayev Eddi İsrafilov tərəfindən “şaqqalandı”. “Neftçi”nin üzvü bu hərəkətə görə meydandan qovulmalı olduğu halda, hakim üzgörənlik edib “sarı”yla kifayətləndi, hakimin dərhal olaya müdaxilə edib “qırmızı” göstərməməsindən qəzəblənən İsayev rəqibin üzərinə şığıyıb onu itələdi. Alekseyin hərəkəti yersiz və “qırmızı”ya layiq idi, lakin bu, hakimin ədalətsizliyi üzündən baş verdi. Eddinin hərəkətindən sonra İsayev ciddi zədələnə, hətta ayağı sına bilərdi. Hakim vaxtında olaya müdaxilə etsə, “Sabah”ın yarımmüdafiəçisi də belə əsəbləşməzdi.

 

Görünür, Həmzəzadə özü də münaqişə ocağı yaratmaqda maraqlı imiş. Çünki o, olaya qarışan Səlahət Ağayevi də meydandan qovmaqla “Sabah”ın məğlubiyyətini rəsmiləşdirdi. Halbuki qapıçının rəqib müdafiəçiylə mübahisəsi adi epizod idi, futbolda belə itələmələrə hər matçda rast gəlirik. Rəvan isə oda benzin tökməkdə idi, olaylar qızışdı və Murad Musayev də qovulanlar siyahısına düşdü.

 

Musayev matçdan sonra komandasının, özünün etdiyi səhvlərə toxunmadı, yalnız hakimlikdən danışdı. AFFA-nın hakimlərin bu qədər biabırçı səhvlərindən sonra məşqçini cəzalandıracağına inanmırıq. “Kitaba görə” hakimləri tənqid edənlər cəzalandırılır, eyni qaydanın haqlı olan Musayevə tətbiq edilməsi aranı bir az da qarışdıracaq.

 

İstənilən halda, avrokuboklara vəsiqələrin müəyyənləşməsi baxımından vəziyyət dəyişdi. “Sabah”ın sıradan çıxması ilə çempionatda ilk 4 yeri tutan komandaların qitə yarışına getmək ehtimalı bir az da artdı. Bundan sonra 4-cü pillənin qiyməti bir qədər də artacaq. “Sabah”ın kubokda əldən verdiyi şansı bərpa etmək üçün Premyer Liqaya köklənməsi şərtdi.

 

FƏRİD

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2024-04-18 13:00

Millimiz İnkişaf turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 12:46

Muradlı liderliyi davam etdirir

blank
Digər idman növləri2024-04-18 12:31

Yığmamızın Polşa toplanışı başa çatdı

blank
Digər idman növləri2024-04-18 12:16

“Hədəfimiz çempionluqdur” – “Azərreyl”in kapitanı

blank
Digər idman növləri2024-04-18 12:00

Azərbaycan gimnastları Dünya Kubokunun finalında

blank
Digər idman növləri2024-04-18 11:47

MBA-da daha bir cütlük məlum oldu

blank
Digər idman növləri2024-04-18 11:30

MHL-də Şərq konfransının çempionu məlum oldu

blank
Müsahibə2024-04-18 11:11

Yusif üçün hər matç final olacaq: “Son saniyələrdə qələbəni əldən vermək üzücüdür”

blank
Dünya futbolu2024-04-18 10:54

Ronaldo məhkəmədə qalib gəldi

blank
Digər idman növləri2024-04-18 10:37

Nicat yenə uduzdu

blank
Dünya futbolu2024-04-18 10:20

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-18 10:02

Formula 1-in rəhbəri 25-ci mərhələnin mümkünlüyündən danışdı

blank
Ölkə futbolu2024-04-18 09:45

Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq

blank
Dünya futbolu2024-04-18 09:28

“Beşiktaş” Sərgən Yalçına təklif göndərməyəcək

blank
Dünya futbolu2024-04-18 09:09

“Fənərbaxça” “Olimpiakos”a qarşı

blank
Dünya futbolu2024-04-18 08:52

“Traktor” baş məşqçsiz qaldı – İsraillə münaqişəyə görə

blank
Dünya futbolu2024-04-18 08:35

Avroliqa: “Liverpul” revanş ala biləcəkmi?

blank
Digər idman növləri2024-04-18 08:17

Formula 1-də əsas qaydalardan biri dəyişdirilir

blank
Müsahibə2024-04-18 08:00

Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm