Dünya futbolu
Neveş üçün qərar zamanı
Ruben Neveş seçim qarşısındadır. Portuqaliya millisinin yarımmüdafiəçisi həm klubuna sadiq qalmaq, həm də yeni çağırışlar dalınca yollanmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, mövsüm bitən kimi “Barselona”ya keçəcəyi gözlənilən “Vulverhempton” üzvü deyib: “İngiltərədə qalmaq istəyirəm, “Vulverhemton”mənə çox doğmadır. Amma Çempionlar Liqasında oynamaq arzumu da gizlətmirəm. Burada qalmaq istəsəm də, hədəflərim var. Çətin qərar verməliyəm. Nə olacağını birlikdə görəcəyik”.
Serxio Busketsin “Barselona”dan ayrılacağını açıqlamasından sonra ona təcili əvəzedici tapılmalıdır. İspaniya nəhəngi Neveşi almaq istəyir. Klubu ilə razılıq əldə edilsə, portuqaliyalı tezliklə klubunu dəyişəcək.
6 il öncə “Portu”dan İngiltərəyə köçən Rubenin “Vulverhempton”la bir illik müqaviləsi var. Klubu onu bu yay satmasa, gələn il azad agent kimi gedişini izləməli olacaq. Bu səbəbdən 40-50 milyon avroluq bir məbləği itirməmək üçün klub “Barselona” ilə danışıqlar aparmağa hazırdır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”