Dünya futbolu
Neymar Braziliya millisindən gedir?
Fransanın PSJ klubunda çıxış edən Neymar Braziliya millisindəki karyerasını başa vura bilər.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya yığmasına uduzduqları 1/4 final mərhələsinin oyunundan sonra açıqlamasında bildirib.
Təcrübəli forvard hazırda bu məsələ ilə bağlı danışmağın çətin olduğunu söyləyib: “Hazırda doğru düşünə bilmirəm. Milli komanda karyeramın bitdiyini deyə bilmərəm. Amma oynayacağıma da zəmanət verə bilmirəm”.
Xatırladaq ki, Braziliya yığması Xorvatiyaya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub