Dünya futbolu
Neymar oynaya biləcək, Messi yox
Kristofer Qaltye Lionel Messinin növbəti 3 oyunda komandaya kömək etməyəcəyini təsdiqləyib. PSJ-nin baş məşqçisi Dünya Çempiontından sonra istirahət verilən argentinalı ulduzun yeni ilin əvvəlində düşərgədə olacağını söyləyib.
Futbolinfo.az xəbər verir ki, dünən mətbuat konfransı keçirən mütəxəssis Messinin 10 günə tam hazır olacağına ümidvardır: “Messi yanvarın 2 və ya 3-də bizimlə olacaq. Həmin vaxtdan məşqlərə başlayacaq, hazır olduqdan sonra oyunlara çıxacaq”.
Qaltye Neymarın isə komandaya kömək edəcək durumda olduğunu düşünür: “Neymar bu turdan bizimlədir. O, mundialda zədələndikdən sonra iki matça çıxa bildi. Qətərdən döndükdən sonra sağ ayağını sağaltmaq üçün 12 günü var idi. Zamanı düzgün dəyərləndirib, tam sağlamdır. Çox istəklidir, meydana çıxıb oynamaq istəyir”.
PSJ mundialdan sonra ilk matçını sabah evdə “Strasbur”a qarşı keçirəcək. Neymarin adı matçın iştirak ərizəsinə salınıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?