Dünya futbolu
Neymar təəssüflənir: “Tez sağalmağa çalışacam”
Qrup mərhələsində növbəti iki oyunu buraxacağı dəqiqləşən Neymar açıqlama verib. Sağ ayağındakı burxulma səbəbi ilə həkimlərin istirahət etməsini məsləhət bildiyi hücumçu məmnun deyil.
Braziliya yığmasının kapitanı Serbiya ilə ilk oyunda (2:0) sıradan çıxsa da, ümidini itirmir: “Karyeramın çətin anlarından biridi. Ayağım möhkəm ağrıyır, amma əminəm ki, qayıda biləcəm”.
Neymar İsveçrə və Kamerunla oyunlarda yoldaşlarına kömək edə bilməyəcəyinə təəssüflənir: “Bu formanı geyərkən necə qürur hissi keçirdiyimi anlatmaqda acizəm. Tanrı mənə yenidən doğularkən ölkə seçmək şansı versəydi, məmnuniyyətlə yenə braziliyalı olardım. Həyatımda heç nə asan olmadı, bütün hədəflərə çatmaq üçün əziyyət çəkdim, amma bacardım. Heç vaxt kimsəyə ziyan vermədim, həmişə yardım etməyə çalışdım. İndi də yoldaşlarımın yanında olmaq istərdim. Ölkəmə, komanda yoldaşlarıma və özümə yardım etmək üçün tez sağalmağa çalışacam”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub