Dünya futbolu
Neymarda da koronavirus aşkarlandı
Fransa çempionu PSJ-nin daha bir futbolçusunda koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bütün komanda üzvləri tezliklə növbəti dəfə testdən keçəcək.
Bundan əvvəl iki futbolçunun – yarımmüdafiəçilər Anxel Di Mariya və Leandro Paredesin virusa yoluxduğu məlum idi. Paris təmsilçisi virus tapılan futbolçuların adlarını açıqlamasa da, “LEquipe” nəşri 3-cü yoluxmanın Neymarda aşkarlandığını yazıb. Hər üç futbolçunun İbizadakı istirahətini yarımçıq qoyaraq Parisə qayıtdığı və karantinə alındığı bildirilib. Onların ən azı bir həftə karantində qalacağı iddia olunur.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”