Bizi izləyin

Ölkə futbolu

Nizamnaməni pozan Elxan Məmmədov – vəzifədə qalmaq üçün minnətçi gətirir

blank
blank

İl sona yaxınlaşdıqca Azərbaycan futbolunda islahat gözləyənlərin səbri də azalır. AFFA-nın hazırkı hakimiyyəti, xüsusilə Rövnəq Abdullayev – Elxan Məmmədov dueti o qədər bərbad işləyib ki, onları əvəzləyəcək istənilən şəxs üçün əl çalmağa hazırdırlar. Çünki indikilərdən daha pis işləmək mümkün deyil.

Hazırda AFFA-da söz sahibi olmaq istəyən müxtəlif adamlar var. Heç kim iddiasını bəyan etmir, daha çox pərdə arxasında çalışır. Lakin kiçik müşahidə ilə tərəfləri görmək mümkündür. Ən azı kimlərin fəal təbliğat apardığını görürük.

Konkret iki klubun – “Zirə” və “Sabah”ın himayədarlarının belə bir şansdan imtina etməyəcəyi dəqiqdir. Lakin daha çox AGİN və hazırkı AFFA rəhbərliyi canfəşanlıq edir. Bu 4 qrupun bəzilərinin bir-biri ilə koalisiyaya getmək, digərini məğub etmək üçün birləşməsi də mümkündür.

Kartlar açılır və indi bəlli olur k, Nazim Süleymanov Həmkarlar İttifaqını yaradıb AFFA-ya qarşı çıxarkən kimdən dəstək alırmış. Onun AGİN-in balansında açılan “Ulduz” Futbol məktəbinin təsisçisi olmaq sıradan fakt deyil. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov hazırda bu qrupun önə veriləcək digər əsas simasıdır. Kuluarlarda başverənlərdən, rəhbər şəxslərin şəxsi münasibətlərindən xəbərdar olduğumuz üçün buna əminik.

Rövnəq Abdullayev də postunda qalmaq istəyir. O, hətta getsə də, yerinə ötən illərin qüsurlarını gizlədəcək əvəzedicisinin gəlməsinin marağındadır. 15 ildən çoxdur onunla şərkli çalışan Elxan Məmmədovun irəli verilməsi ehtimalı çoxdur. Hazırda FIFA-da çalışan bu şəxsin əl-ayağa düşməsi, təbliğat kampanyasına başlaması təsadüf deyil.

Məmmədov artıq ilk addımları atıb. Bir sıra adamlarla görüşlər keçirən, mütəmadi zəngləşən Məmmədov səs hüququ olan hər kəsə nələrsə vəd edir. Məsələn, yaxınlarda o, “Kəpəz” rəhbərliyindən dəstək istəyib, əvəzində neçənci yeri tutmasından asılı olmayaraq, komandanı Premyer Liqada saxlayacağını bildirib. “Səbail” və “Sumqayıt” rəhbərliyi zatən buyruq quludur, Elxan bəy orta mövqedə olanlardan səs istəyir.

Elxan Məmmədovun müqavilə ilə çalışdığı FIFA-dakı vəzifəsinin müddəti martda başa çatacaq. Seçkilərin də ilin ilk ayı ərzində baş tutmalı olduğunu nəzərə alsaq, Elxan bəyin canfəşanlığının səbəbi bəllidir.

Məmmədovun qayıtmasını kimsə istəyirmi? Qətiyyən! Hətta bu gün sorğu keçirsək, Azərbaycan futbolunun bəlalarının əsas səbəbkarı kimi məhz onun adı 100 faizli nəticə ilə birinci olar. Amma onun qədər günahkar olan himayədarları futbol ictimaiyyətinə, azarkeşlərə meydan oxumağa davam edir və böyük bir futbol təsərrüfatına nəzarəti itirməmək, qazanmağa davam etmək üçün hər şeyə hazırdır. Ona görə də hazırda məhz Məmmədovun namizədliyi, hətta prezident seçilməsi üçün bütün səviyyələrdə iş görürlər.

Elxan bəyin FIFA-ya getdiyi üçün boşaltmalı olduğu icraçı vitse-prezident postu bugünədək nə ləğv edilib, nə də ora yeni təyinat olub. Bu da səbəbsiz deyil. Məmmədov prezident seçilməyəcəyi təqdirdə söz sahibi olmaq üçün prezident səlahiyyətlərini özündə birləşdirən həmin vəzifəyə oturmaq niyyətindədir. Onun hazırda AFFA-da vitse-prezidentlərdən biri kimi qalması da bu məqsədə qulluq edir.

Himayədarları bu şəxs üçün xüsusi kampaniya hazırlayır. Əldə etdiyimiz bilgiyə görə, dekabrın ilk həftəsi FIFA-nın ən yüksək səviyyəli rəsmilərindən biri Azərbaycana səfər edəcək. Hər hansı səbəb yoxdur, səbəbi heçdən yaradıb ad qoyacaqlar. Əsas niyyət isə həmin şəxsi dövlət rəhbərliyi ilə görüşdürmək, Məmmədovu tərifləmək, seçkisi/təyinatı üçün zəmin hazırlamaqdır.

Halbuki Məmmədovun nəinki namizəd olması, indiyədək İcraiyyə Komitəsində, o cümlədən vitse-prezident postunda qalması qanunsuzdur. AFFA-nın Nizamnaməsinə görə İcraiyyə Komitəsinin il ərzində 4 iclasında işrirak etməyən üzvlər oradan uzaqlaşdırılmalıdır. Elxan bəy bu həddi doldurub. O, martın 7-də Hesabat Konfransından sonrakı, həmçinn 13 aprel, 16 iyun və 16 avqust iclaslarında iştirak etməyib. Ümumiyyətlə, 2022-ci ilin aprelindəki iclasdan bəri onu İK iclasında görən olmayıb. “Üzrlü, yoxsa üzrsüz” oyunu oynamağa dəyməz, sağlamlığı yerindədir, FIFA-da iş başındadır və üzvü olduğu İcraiyyə Komitəsinin iclaslarına ən azı onlayn qatılmalıdır. Vəzifəsi imkan vermirsə, istefa verib getməlidir, bu əngəl deyilsə, iclaslara qatılmadığı üçün qovulmalıdır.

Bu faktlar digər namizədlər, iddialılar üçün önəmlidir. Əks halda, Məmmədovun himayədarları yenə hamını kabinetlərdə məğlub edib qalib gələcək, Azərbaycanda futbolun izi-tozu da qalmayacaq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Ölkə futbolu2024-04-26 12:25

Mahir Emrelidən milliyə dəstək, Hidayət Heydərova hədiyyə

blank
Müsahibə2024-04-26 12:11

Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”

blank
Dünya futbolu2024-04-26 11:54

Stadionun yanında bomba tapıldı

blank
Dünya futbolu2024-04-26 11:39

Dünyanın 10 ən yaxşı qapıçısı

blank
Ölkə futbolu2024-04-26 11:24

AFFA “Neftçi”nin istəyini rədd etdi

blank
Digər idman növləri2024-04-26 11:07

Embiidin 50 xalı Filadelfiya komandasını seriyada önə çıxartdı

blank
Digər idman növləri2024-04-26 10:50

“Real” fərqi artırdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm