Dünya futbolu
Novruzov oynadı, komandası səfərdən 1 xalla döndü
Futbol üzrə Estoniya çemponatında 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tammeka” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Novruzov da bu oyunun iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 13 turdan sonra 10 xalla 8-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı