Dünya futbolu
Nunyes boykota başladı
Mateus Nunyes etiraz aksiyasına başlayıb. “Vulverhempton”un 25 yaşlı yarımmüdafiəçisi onu satmaq istəməyən klubuna bu yolla təzyiq etmək istəyir.
Futbolinfo.az xəbər verir ki, ingilislərin ötən yay 45 milyon avro ödəyərək “Sportinq”dən aldığı portuqaliyalı “Mançester Siti”nin maraq dairəsinə düşüb. “Şəhərlilər” oyunçunu transfer etmək üçün iki dəfə yenilənmiş müqavilə təklif etsə də, “Vulverhempton” rədd cavabı varib. Nunyes özü isə getməkdə israrlıdır. Böyük klubda oynamaq istəyən yarımmüdafiəçi məhz bu səbəbdən komandanın məşqlərini boykot edib.
Futbolçu məşqə gəlmədiyi üçün klubdaxili intizam kodeksinə əsasən cəzalanacaq. Lakin o, buna razıdır və satılması üçün eyni qaydada davam etmək niyyətindədir.
“Mançester Siti” son olaraq 47 milyon funt-sterlinqlik təkliflə çıxış edib. Lakin “Vulverhempton” 4 illik müqaviləsi qalan yarımmüdafiəçin 60 milyon funt-sterlinqdən aşağı satmaq istəmir.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi