Bizi izləyin

Layihə

Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL

blank
blank

Uzun illərdir ki, ölkəmizdə idman sahəsində danışılan əsas mövzu futbol üzrə yığma komandamızın uğursuzluğudur. Milli komanda futbol infrastrukturunun göstəricisi olduğuna görə, bu idman növündə görülən işləri və vəziyyəti əks etdirir.

Doğrudur, dünyada elə ölkələr var ki, milli komandası güclü olmasa da, həm görülən işlər, həm də daxili liqa daha yüksək səviyyədə olur. Ancaq belə ölkələr müstəsna təşkil edir. Bu sahədə görülən işlər gec-tez milli komandaya təsirini göstərir və əsl göstərici də məhz yığmanın nəticələri olur.

Ölkəmizi böyük futbol ölkələri ilə müqayisə etmək fikrində deyilik. Burada böyük dedikdə, həm ərazi, həm əhali, həm də iqtisadi vəziyyət nəzərdə tutulur. Avropada və dünyada elə ölkələr var ki, nə ərazi, nə də əhali sayına görə geri qalmalarına baxmayaraq, nəhənglərə meydan oxuyur. Onlar arasında Niderland, Belçika, Danimarka, Portuqaliya, Xorvatiya və digərlərini qeyd etmək olar. Bu ölkələr uzun illərdir ki, futbol dünyasının aparıcı və öndə gedən simalarıdır.

Azərbaycan ərazisinə görə, rəsmi olaraq planetin 112-ci ölkəsidir. Biz bu mənada ölkəmizdən 2 dəfə geri qalan Niderland, Belçika və Danimarka futbolundan danışmaq istəmirik. Diqqətimizi son illərə qədər cırtdan sayılan futbol ölkələrinə yönəldəcəyik.

İlk növbədə qonşularımızdan başlamalıyıq. Nəyəsə nail olmaq istəyiriksə, əvvəlcə Qafqazda birinci olmalıyıq. Ancaq bu gün milli komandanın nəticələrinə nəzər yetirdikdə, sonuncu olduğumuzu görürük. Təəssüf ki, nəticələrimiz həm ərazi, həm əhali, həm də iqtisadi cəhətdən qabaqladığımız ölkələrin futbolundan zəifdir. Bir çoxları Azərbaycan futbolunun daim Gürcüstan və Ermənistandan geridə olduğunu söyləyə bilər. Hərçənd futbol veteranları bu fikri düzgün qəbul etmir. Ancaq həmişə geridə olmağımız hər zaman geridə olacağımız demək deyil. Heç bir ölkə birdən-birə futbol monstrı olmayıb. Hamı çətinlikdən, uğursuzluqlardan keçərək inkişaf edib. Vacib olanı tərəqqidir. Biz isə yerində “bir-iki, bir-iki” deyən əsgəri xatırladırıq.

blank

Gürcüstan futbolçuları ilə zəngin olsa da, komanda kimi ciddi nailiyyətə malik deyil. Əslində, bizimlə müqayisədə oradakı milli komanda daha çox tənqid edilməlidir. Ən azından onların əlində sənət əsəri yaratmaq üçün material var. Ölkəmizdə isə material da keyfiyyətli deyil. Bizim vəziyyətimiz daha acınacaqlıdır. Uğur üçün keçəcəyimiz yol daha uzundur. Yolun uzun olmasının səbəbi isə istiqamətin düzgün müəyyənləşdirilməməsidir.

Ermənistana gəlincə, gec-tez bu komandanın böyük turnirə vəsiqə qazanacağını ehtimal etmək olar. Çünki onların bunun üçün həm oyunçu potensialı, həm də gürcülərdən fərqli olaraq komandaya oynama qabiliyyəti var. Hazırda onlar başqa ölkələrin futbol akademiyalarında yetişən futbolçuları milliyə dəvət etmək siyasətini yeridirlər. Dünyanın hər bir yanına yayılan millət üçün futbolçu toplamaq çətin deyil.

Qafqazdan kənara çıxıb bəzi ölkələrin futbol infrastrukturuna diqqət yetirək. İlk növbədə Norveçdə yetişən oyunçular maraq doğurur. Adətən, ulduz futbolçular və idmançılar kasıb ölkələrdən çıxır. Məhz yoxsulluqdan qurtulmaq istəyi bugünkü ulduzlara güc verən əsas xüsusiyyət olub. Lakin Norveçə baxdıqda bu qanunun işləmədiyini görürük. Skandinaviya ölkəsi dünyada ən varlılardan, adambaşına düşən ən yüksək gəliri olanlardan sayılır. Lakin buradan Karlsen, Haaland, Odeqaard, İngebriqtsen kimi ulduzlar çıxır. Bu siyahıya biatlonda tarixlər yazan atletləri salmırıq. Çünki “qış idman növləri və Norveç” tamamilə ayrı mövzudur.

Təbiətinə və iqliminə görə futbol üçün elə də uyğun olmayan ölkədən Haaland kimi superulduzun çıxması həqiqətən də təəccüblüdür. Doğrudur, futbolda demək olar ki, hər bir ölkədən ara-sıra istedadlar peyda olur. Bəzən Litmanen kimi futbolçunun olması Finlandiya millisini yüksəklərə qaldırır, ardınca isə bir müddət boşluq yaranır. Belə hallar tez-tez baş verir.

Əsas sual isə belə halların niyə bizim ölkəmizlə heç bir zaman baş verməməsidir. Deməli, bunun üçün həmin ölkələrdə zəmin var. Bu gün Norveçdə 5 milyondan bir qədər artıq insan yaşayır. Əhalinin sayı bizim ölkədən iki dəfə azdır. Lakin orada olan rəqəmlərə diqqət yetirib təəccüblənək. Ölkədə qeydiyyatdan keçmiş 1832 klub və 25 minə yaxın komanda var. Rəsmən qeydiyyatdan keçmiş futbolçuların sayı isə 393 801 nəfərdir. Bu isə ölkə əhalisinin 8,5%-nin futbolla məşğul olması deməkdir.

İndi bu rəqəmlərlə ölkəmizdəki futbol göstəricilərini göz önündə müqayisə edək. Bizim vətəndaş üçün bunu təsəvvür etmək belə çətindir. Bunları yazmaqla Haaland, Odeqaard kimi futbolçuların yoxdan var olmadığını göstərməyə çalışırıq.

blank

Ərazisinə görə bizdən qat-qat aşağı olan Lüksemburq və Farer adaları futboluna baxdıqda da eyni mənzərəni görəcəyik. Hər iki ölkənin əsas çempionatında 10 komanda çıxış edir. Biz bu rəqəmə uzun illər tənqid yağdırdıqdan sonra çatmışıq.

Baltikyanı ölkələri də bu mənada bizi qabaqlayır. Heç bir zaman güclü futbol ənənəsi olmayan ölkələr ara-sıra parlayaraq özlərini göstərməyi bacarır. Bizim mentalitetə futbolun uyğun olmadığını söyləyənlərə, Latviya, Litva və Estoniyanın da mentalitetlərində basketbol olduğunu cavab verə bilərik. Rəsmi məlumata görə, Latviyada ən populyar idman növü hokkeydir. Buradan Balderis, Ozolinş, Vitolinş, İrbe və digərləri kimi güclü hokkeyçilər çıxıb. Hazırda MBA-nın ən güclü klublarından birində Porzingis kimi basketbolçu oynayır. Lakin bütün bunlara baxmayaraq, ölkənin futbol komandası Avropa çempionatının final mərhəlsində iştirak edib və orada sensasiya etməyə də yaxın olub.

Deməli, məsələ nə mental dəyərlər, futbolun qanımızda olmaması, ərazi, əhali sayı və iqtisadi göstəricilərdə deyil. Məsələ , “çörəyi ver çörəkçiyə” atalar sözündədir.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-01-17 11:00

Azərbaycan çempionatında 4 oyuna 43 qol

blank
Dünya futbolu2024-01-17 10:46

“Sevilya” 1/4 finalda

blank
Digər idman növləri2024-01-17 10:35

“Maklaren” birinci oldu

blank
Müsahibə2024-01-17 10:20

“Əsas mübarizə fasilədən sonra olacaq”

blank
Dünya futbolu2024-01-17 10:03

Taremi “İnter”lə anlaşdı

blank
Dünya futbolu2024-01-17 09:45

“Mançester Yunayted” Fernandesi icarəyə göndərdi

blank
Dünya futbolu2024-01-17 09:27

Türkiyə klubunda 37 yaşlı qapıçı

blank
Dünya futbolu2024-01-17 09:10

Mourinyo Səudiyyə Ərəbistanına gedə bilər

blank
Dünya futbolu2024-01-17 08:52

Liqa 1-də dekabrın ən yaxşısı

blank
Premyer-liqa2024-01-17 08:45

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Digər idman növləri2024-01-17 08:35

Güləşçlər Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-01-17 08:17

Mutu “Qəbələ”nin sabiq baş məşqçisinə sataşdı, cavabını aldı

blank
Müsahibə2024-01-17 08:00

“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”

blank
Dünya futbolu2024-01-17 01:45

“Yuventus”dan darmadağın

blank
Dünya futbolu2024-01-17 00:46

Dadaşovun komandası və “Beşiktaş” darmadağınla mərhələ adladı

blank
Digər idman növləri2024-01-16 23:29

Azərbaycan birinciliyində ilk yarış gününün qalibləri bəlli oldu

blank
Ölkə futbolu2024-01-16 23:00

“Qarabağ”ın heyətində Portuqaliya təcrübəsi olan oyunçular var”

blank
Ölkə futbolu2024-01-16 22:18

“Hər şey ürəyimizcə oldu” – Samir Abasov

blank
Digər idman növləri2024-01-16 21:22

Favoritlərdən növbəti qələbə

blank
Digər idman növləri2024-01-16 21:01

Bakıda keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirildi

blank
Digər idman növləri2024-01-16 20:47

Atletika üzrə Bakı şəhər qış birinciliyi keçiriləcək

blank
Digər idman növləri2024-01-16 20:19

“Dakar” rallisində iştirak neçəyə başa gəlir?

blank
Digər idman növləri2024-01-16 20:00

Boksçularımız Millətlər kubokunda mübarizəyə başlayır

blank
Ölkə futbolu2024-01-16 19:47

“Neftçi” ilk transferini rəsmiləşdirdi

blank
Digər idman növləri2024-01-16 19:33

Avstraliyada daha bir sensasiyasız gün

blank
I Liqa2024-01-16 19:15

“Karvan”dan daha bir transfer

blank
Ölkə futbolu2024-01-16 19:00

“Sumqayıt” Türkiyə toplanışını qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-01-16 18:42

Yığmamız Macarıstanda təlim-məşq toplanışına başlayıb

blank
Ölkə futbolu2024-01-16 18:29

“Qarabağ”ın rəqibindən gənc futbolçusu ilə yeni müqavilə

blank
Ölkə futbolu2024-01-16 18:12

“Araz-Naxçıvan” Qurbanovu icarəyə verdi

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm