Ölkə futbolu
Öncə Franko Foda, sonra Qurban Qurbanov
Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Sürix” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, iyulun 18-də, saat 17:30-da “Sürix”in baş məşqçisi Franko Fodanın mətbuat konfransına start veriləcək. 18:00-da isə media üçün açıq məşq (ilk 15 dəqiqəsi) olacaq. Qonaq komanda oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda media önünə çıxacaq.
Saat 18:45-də isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Azersun Arena”da mətbuat konfransı başlayacaq. 19:00-da isə komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundan “Azersun Arena”ya jurnalistlərin aparılması üçün klubumuz tərəfindən avtobus ayrılacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza