Milli komanda
“Orada bizi ət kimi sərt doğramışdılar” – Millimizin sabiq üzvü
Azərbaycan milli komandasının keçmiş qapıçısı Dmitri Kramarenko Rusiya mətbuatına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, hazırda ÇSKA (Moskva) klubunda qapıçılarla iş üzrə məşqçi kimi çalışan Kramarenko, Azərbaycan millisində forma geyindiyi vaxt AÇ-2000-nin seçmə mərhələsində Portuqaliyaya səfərdə 0:7 hesabı ilə uduzduqları oyunla bağlı danışıb:
“Utancverici bir şey idi. O vaxtlar Kriştiano Ronaldo olmasa da, Portuqaliya yığması çox güclü idi. Səfərdə 0:7 hesabıyla uduzduq. Çox məyus oldum və bilirdim ki, bu qədər qol buraxmağa haqqım yox idi. Orada bizi ət kimi sərt doğramışdılar. Özümə söz vermişdim ki, cavab görüşündə ən azı uduzmayacağıq. Bakıda onlara qarşı iki gün oynadıq. İlk oyun günündə hesab 0:0 ikən stadionda işıqlar söndü. Nəticədə növbəti gün də oynamalı olduq və 1:1 hesablı heç-heçə etdik. Bu, böyük uğur idi”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…