Dünya futbolu
Ötən ilin penaltidən ən çox qol vuran futbolçuları
2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli olub.
Futbolinfo.az xəbər verir ki, ilk pillədə İtaliyanın “Yuventus” klubunun futbolçusu Kristiano Ronaldo yer alıb.
35 yaşlı portuqaliyalı hücumçu il ərzində penaltidən 17 qol vurub. İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandes 15 qolla ikinci, İtaliya “Latsio”sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb.
İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi 2020-ci ildə penaltidən 9 dəfə fərqlənib. Argentinalı oyunçu bu göstəricəyə görə 5-9-cu pillələri bölüşdürür.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”