Ölkə futbolu
“Oyunlarına baxdığım “Zirə” daha yaxşı idi” – Vladimir İviç
İsrailin “Makkabi” (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, Bakıda 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Fantastik futbol oynamadıq. Qələbə qazanmalı idik. Bunu da bacardıq. Hələlik pik formamızda deyilik. Rəqib ideal formada deyildi. Ötən mövsüm oyunlarına baxdığım “Zirə” daha yaxşı idi. Məsələn, “Qarabağ”a qarşı daha yaxşı oynamışdılar. Bəlkə də bu ilk rəsmi matç keçirmələrindən irəli gəlir. Əminəm ki, “Zirə” getdikcə oyununu daha da qaydasına salacaq. Cavab matçı bir növ duelin ikinci hissəsi olacaq”.
Bu komandalar arasındakı cavab görüşü iyulun 28-də Təl-Əvivdə baş tutacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…