Dünya futbolu
Ozan Can sarı vərəqə aldı, “Telstar” məğlub oldu
Futbol üzrə Niderland 2-ci liqasında 35-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə “Venlo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Yarımmüdafiəçi 82-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Telstar” 35 oyuna topladığı 35 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”