Dünya futbolu
Ozanlı “Telstar”dan yeni mövsümdə ilk qələbə
Futbol üzrə Niderland 2-ci liqasında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə “Dordrext” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, sözügedən komandanın cari mövsümdə ilk qələbəsidir.
Ozan da bu matçın iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb.
“Telstar” 2-ci liqada 7 turdan sonra 6 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı