Digər idman növləri
Özbəkistan Şahmat Federasiyası ilə əməkdaşlıq müzakirə edildi
Azərbaycan Şahmat Federasiyasında Özbəkistan Şahmat Federasiyasının sədri Alişer Sadullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Futbolinfo.az xəbər verir ki, Görüşdə AŞF-nin Birinci Vitse-prezidenti Faiq Həsənov, baş katib İlahə Qədimova və federasiya nümayəndələri iştirak edib.
Görüşdə çıxış edən Faiq Həsənov ölkəmizdə şahmata olan dövlət qayğısından danışaraq zəka sahiblərinin daim həm komanda, həm də fərdi yarışlarda böyük qələbələr qazandığını bildirib. Federasiya rəsmisi Azərbaycanda mütəmadi olaraq şahmat üzrə böyük turnirlərin, o cümlədən – 2015-ci ildə Dünya Kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının eləcə də superturnirlərin yüksək səviyyədə təşkil olunduğunu xatırladıb.
Görüş üçün minnətdarlığını bildirən Özbəkistan Şahmat Federasiyasının sədri Alişer Sadullayev Azərbaycanda güclü şahmat ənənələrinin mövcud olduğunu söyləyib.
Görüş federasiyalar arasında əməkdaşlıq barədə fikir mübadiləsi ilə davam etdirilib.
Tədbirin sonunda Özbəkistan Şahmat Federasiyasının sədri Alişer Sadullayev AŞF-nin Birinci Vitse-prezidenti Faiq Həsənova xatirə hədiyyəsi təqdim edib.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 20:41
PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”