Dünya futbolu
Paşayevli “Aleksandriya” yeni ilə qələbəylə başladı
Futbol üzrə Ukrayna Premyer Liqasında qış fasiləsi başa çatıb.
Futbolinfo.az xəbər verir ki, bu gün 14-cü turun oyunları keçirilib.
Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Aleksandriya” 14 turdan sonra 19 xalla 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü