Dünya futbolu
Pato ABŞ klubu ilə müqavilə bağladı
Futbol üzrə Braziliya millisinin sabiq hücumçusu Aleşandre Pato karyerasını ABŞ-da davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu “Orlando Siti” ilə anlaşıb.
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Son olaraq “San Paulo”da forma geyinən Pato avqust ayından azad agent statusu daşıyırdı. O, MLS klubu ilə 1 illik müqaviləyə imza atıb. Pato yeni komandasında “7” nömrəli formanı geyinəcək.
Braziliyalı futbolçu karyerası ərzində “Milan” (İtaliya), “Korintians” (Braziliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tyantzin Tyantsyan” (Çin) kimi klublarda çıxış edib.
Pato Braziliya yığmasında 27 oyun keçirib, 10 qol vurub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?