Dünya futbolu
Paytaxt klubunda yeni qapıçı
İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Portuqaliyanın “Benfika” klubunun qapıçısı Mile Sviları heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiper yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
Xatırladaq ki, “Roma” Svilardan öncə İngiltərənin “Mançester Yunayted” klubundan serbiyalı müdafiəçi Nemanya Matiçi transfer etmişdi. Paytaxt klubunun növbəti transferinin Türkiyə millisinin üzvü Zəki Çəlik olacağı bildirilir. Artıq futbolçunun özü, həmçinin formasını geyindiyi Fransanın “Lill” klubu ilə bütün məsələlərdə razılıq əldə olunduğu iddia edilir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var