Ölkə futbolu
Pedro Martins: “Neftçi”yə hörmətlə yanaşırıq, amma…”
Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Pedro Martins UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox yaxşı vəziyyətdə olduğumuzu hiss edir və özümüzü sabahkı qarşılaşmaya hərtərəfli hazır sayırıq. Gündən-günə yaxşı vəziyyətdə olduğumuzu və xüsusən, fiziki cəhətdən hazır duruma gəldiyimizi hesab edirəm. Azarkeşlərin bir illik fasilədən sonra yenidən tribunalara qayıdışı sevindirici məqamdır. İnanırıq ki, onların bizə köməyi dəyəcək. Biz də uğurlu nəticə üçün onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
“Neftçi” ilə oyunlara ciddi yanaşırıq. Rəqibin futbolçuları güclüdürlər və onlara hörmətimiz var. Universal futbolçulara malikdirlər. Amma biz daha çox öz oyunumuza diqqət yetiririk”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?