Ölkə futbolu
“Pelister”dən “Keşlə”yə növbəti transfer
“Keşlə” daha bir legioner futbolçu transfer edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu seneqallı sol cinah yarımmüdafiəçisi Omar Qudiabini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qudiabinin son klubu Şimali Makedoniyanın “Pelister” komandası olub. Müqavilə ilə bu ölkənin digər klubu “Şkupi”yə məxsus olan vinger, “Pelister”də icarə əsasında oynayıb. Qudiabi 2019-cu ildən “Şkupi”də çıxış edirdi. O, daha öncə ölkəsində də bir neçə komandanın uğurları üçün çalışıb.
“Keşlə” bu gün “Pelister”in hücumçusu Aldair Netonu da transfer etdiyini açıqlamışdı.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu