Dünya futbolu
Poçettino Mudrikə güvənir
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Çelsi”nin baş məşqçisi Mauritsio Poçettino Mihaylo Mudrikdən razıdır. O, ukraynalının komandaya uyğunlaşması üçün zamana ehtiyac olduğunu düşünür.
Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis 100 milyon avroya transfer edilən gənc yarımmüdafiəçinin adaptasiya prosesini tamamlamadığını deyir: “Mudrik komandaya uyğunlaşmaq üçün böyük əmək sərf edir. Komanda halında necə oynamaq lazım olduğunu anlamağa çalışır. O, hələ çox gəncdir və mütləq inkişaf edəcək. Onun inkişaf tempindən məmnunam”.
Yayda londonluların düşərgəsinə gələn Mudrik bugünədək özünü sübut edə bilməyib. O, “Çelsi”də qol hesabını açmayıb. Poçettino bu gün “Fulhem”lə matçda ukraynalıya daha bir şans vermək fikrindədir.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)