Dünya futbolu
Politano Neapolda qalacaq
Matteo Politano “Napoli”də qalacaq. İtaliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanından sərfəli təklif alsa da, iş yerini dəyişmək niyyətində deyil.
Futbolinfo.az xəbər verir ki, “Əl Şahab” 30 yaşlı oyunçuya rəsmi təklif göndərməyə hazırlaşır. Amma neapollular ilyarımlıq müqaviləsi qalan yarımmüdafiəçini düşərgəsində saxlamaqda israrlıdır. Klub rəhbərliyi istənilən təklifi geri çevirəcək.
Bundan başqa, “Napoli” Matteoya daha yaşı şərtlərlə yeni müqavilə təklif etməyə hazırlaşır. Futbolçu razılaşsa, hazırrkı anlaşmanın müddəti 2028-ci ilin yayınadək uzadılacaq.