Ölkə futbolu
Portuqaliya klubu Renat Dadaşovu istəyir
İngiltərənin “Vulverhempton” klubunda çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə “Tondela” klubu yaxından maraqlanır.
Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Premyer Liqa təmsilçisinin Renatı icarəyə götürmək istədiyi bildirilib.
Dadaşov daha əvvəl Portuqaliyada “Pasuş de Fereyra” klubunda çıxış edib.
Azərbaycan millisi ilə 7 oyuna çıxan Renatın “Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…